Daniel Pomye Vinçelli: “Mina problemi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına mane olur”

Daniel Pomye Vinçelli: “Mina problemi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına mane olur” “Azərbaycan 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir”.
Qarabağ
13 İyun , 2022 17:19
Daniel Pomye Vinçelli: “Mina problemi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına mane olur”

“Azərbaycan 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir”.

“Report”un məlumatına görə, bunu Romada fəaliyyət göstərən Sapienza Universitetinin professoru Daniel Pomier Vinçelli İtaliyanın “Geopolitica.info” nəşrində dərc edilən məqaləsində bildirib.

“Qalib ölkə olan Azərbaycan daha çox iqtisadi resursa malikdir. Üstəlik, onun beynəlxalq səviyyədə cəlbediciliyi təbii ki, təcrid olunmuş və Rusiyadan asılı olan kasıb Ermənistandan yüksəkdir. Azad edilmiş ərazilərdə çox sayda infrastruktur layihələri həyata keçirilib. Rekord müddətdə Azərbaycanın Füzuli şəhəri yaxınlığında regionda ilk beynəlxalq hava limanı inşa edilib. Bölgədə azı daha iki yeni hava limanı tikilir”, - o qeyd edib.

Onun sözlərinə görə, Füzuli və Şuşa şəhərləri arasında avtomobil yolu az müddətdə tamamlanıb: “Bu avtomobil yolu 30 illik yoxsulluq və təcriddən əziyyət çəkən bölgədə genişmiqyaslı ticari və turistik daşımalar üçün nəzərdə tutulan arteriyadır”.

Professor vurğulayıb ki, hazırda ən böyük təhlükə bölgədə çoxlu sayda piyada əleyhinə minaların olmasıdır: “Bölgə minalardan təmizlənmədən yenidənqurma layihələri tam həyata keçirilə bilməz. Azərbaycanın istehkamçı briqadaları mina axtaran itlərin müşayiəti ilə bu əraziləri hər gün təmizləyirlər. Amma piyada əleyhinə minaların sayı o qədər çoxdur ki, minalardan təmizləmə prosesi uzun illər çəkəcək”.

O qeyd edib ki, çətinliklərə baxmayaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə normallaşması prosesi irəliləyir və hazırda Avropa İttifaqı bu məsələdə fəal rol oynayır.

Son xəbərlər

Orphus sistemi