MM üzvü: 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq

MM üzvü: 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq 2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.
Qarabağ
24 Oktyabr , 2024 10:44
MM üzvü: 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.

"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.

Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi