"Dünya tezliklə Ağdam bölgəsinin gözəlliklərinə şahid olacaq".
“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Mühəmmədcan Batırəliyev Ağdama səfər zamanı jurnalistlərə bildirib.
Vaxtilə abad olmuş bu bölgənin erməni işğalı dövründə viran qoyulduğunu dilə gətirən diplomat deyib:
“Azərbaycan hökumətinin bu bölgəni abadlaşdırmaq, inkişaf etdirmək planları ilə tanış olandan sonra ölkənizin buna hər cür imkan və ehtiyatlara malik olmasına, hörmətli Prezidentiniz İlham Əliyevin iradəsinə əmin oldum”.