Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə media işçilərinin mina partlaması nəticəsində həlak olması ilə bağlı tvitterdə paylaşım edib.
“Report”un xəbərinə görə, D.Miyatoviç tvitində bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təcili təmizlənməsinə ehtiyac var.
“Kəlbəcərdə ikisi jurnalist olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş mina partlaması Qarabağdakı münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın olduğunu göstərir”, – o qeyd edib.