Dünyaca məşhur saytlar azərbaycanlıların etirazından nəticə çıxardı

Dünyaca məşhur saytlar azərbaycanlıların etirazından nəticə çıxardı Fransanın "France 24" telekanalı və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.
Qarabağ
29 Oktyabr , 2020 20:49
Dünyaca məşhur saytlar azərbaycanlıların etirazından nəticə çıxardı

Fransanın "France 24" telekanalının və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

“Report” xəbər verir ki, hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

Qeyd edək ki, xəbərdə istifadə olunan şəkil oktyabrın 28-də "Report" İnformasiya Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi qanlı terror zamanı lentə alınıb.

Son xəbərlər

Orphus sistemi