Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib

Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib Cəbhədə gərgin döyüşlər davam edir.
Qarabağ
8 Noyabr , 2020 17:26
Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib

Cəbhədə gərgin döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın rayon ərazisini atəşə tutur. Nəticədə 7 evə ziyan dəyib.

Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.

Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Son xəbərlər

Orphus sistemi