Noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutub.
Bu barədə "Report" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Bir mülki şəxs xəsarət alıb", - deyə nazirliyin məlumatında bildirilir.