Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.