Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan instalyasiya Zəfər paradında nümayiş olunub.
"Report" xəbər verir ki, işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət kimi götürülən və sıradan çıxarılan 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət instalyasiya tribuna önünüdən keçib.
Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.
Qeyd edək ki, bu instalyasiya Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhvəsidir.