Düşmənin atdığı mərmi Ağdamda evə düşdü

Düşmənin atdığı mərmi Ağdamda evə düşdü Noyabrın 2-si səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini artilleriya atəşinə tutur.
Qarabağ
2 Noyabr , 2020 13:11
Düşmənin atdığı mərmi Ağdamda evə düşdü
0 : 00
0 : 00

Noyabrın 2-si səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini artilleriya atəşinə tutur.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən tərəfindən rayonun Qaradağlı, Çəmənli, Əhmədağalı, Zəngişalı, Mahrızlı kəndlərinə top mərmiləri atılıb.

Nəticədə mülki evlərə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Düşmənin atdığı top mərmilərindən biri də Qaradağlı kənd sakini Mütəllim Cəfərovun yaşayış evinə düşüb.

"Report"un əməkdaşı ilə söhbət edən zaman M.Cəfərov bildirib ki, həmin vaxt evdə olub:

"Səs gəldi, çölə çıxdıq. Evə külli miqdarda ziyan dəyib və bir neçə ev quşu tələf olub".

Məlumata görə, bu gün ərzində Ağdam rayon ərazisinə 100-ə yaxın top mərmisi atılıb.

Qeyd edək ki, sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayon ərazisinə ümumilikdə 10 minə yazın top mərmisi atılıb. Nəticədə 7 mülki şəxs ölüb, 42 nəfər yaralanıb.

Həmçinin 71 ev tamamilə dağılıb, 750 evə, 15 məktəbə, 6 inzibati binaya, 8 kənd qəbiristanlığına və bir neçə ticarət obyektinə ziyan dəyib.

Foto/Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi