Azərbaycana qarşı törədilən hərbi və müharibə cinayətləri, raket atəşinə tutulması cinayətləri Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan və ətrafı tərəfindən törədilib.
“Report” xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, aparılan istintaq hərəkətləri ilə bu nəticəyə gəlinib: "Məqsəd əsasən əhalini qorxudaraq xof yaratmaqdır."