Ekspert: "Ermənistan revanşist planlar qurduğu bir vaxtda Azərbaycan sülh üçün zəmin yaradır"

Ekspert: "Ermənistan revanşist planlar qurduğu bir vaxtda Azərbaycan sülh üçün zəmin yaradır" “Ermənistan revanş planları qurduğu bir zamanda Azərbaycan sülh istəyir və bunun üçün zəmin yaradır”.
Qarabağ
19 Avqust , 2021 16:57
Ekspert: Ermənistan revanşist planlar qurduğu bir vaxtda Azərbaycan sülh üçün zəmin yaradır
Aleksandr Perenciyev

“Ermənistan revanşist planlar qurduğu bir vaxtda Azərbaycan sülh istəyir və bunun üçün zəmin yaradır”.

"Report"un Rusiya bürosu məlumat verir ki, bunu Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının ekspertlər şurasının üzvü Aleksandr Perenciyev bildirib.

Qarabağın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işlərinin aparılmasını şərh edən ekspert qeyd edib ki, Azərbaycan öz imkanlarını nümayiş etdirir və bu əraziləri “cəlbedici” hala gətirir: “Bu, iki xalq arasında mənfi münasibətlərin aradan qaldırılmasına şərait yarada bilər. Ermənilər onlar üçün hazırda malik olduqlarından daha yaxşı həyat şəraitinin təmin ediləcəyini, daha yaxşı imkanların yaradılacağını anlayacaqlar. Onları təhlükəsizliklə bağlı narahatlıqlardan azad etmək vacib əhəmiyyət kəsb edir”.

Perenciyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin inkişaf etdirilməsi ümumilikdə bütün ölkənin inkişafı deməkdir. O hesab edir ki, Qarabağda infrastrukturun qurulması və həyatın bərpa edilməsi ölkədə birliyin möhkəmlənməsinə kömək edəcək.

“Bu ərazilər təkcə geosiyasi deyil, həm də sosial-iqtisadi və mədəni planlarda ölkənin ayrılmaz hissəsidir”, - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi