Ekspert: “Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması prosesi alternativsizdir”

Ekspert: “Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması prosesi alternativsizdir” “Hazırda ziddiyyətli mənzərə müşahidə edirik. Bir tərəfdən, Ermənistan rəhbərliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin delimitasiya prosesinə başlamağa hazır olduqlarını bəyan edir, digər tərəfdən isə siyasi turbulentlik, yəni ölkə müxalif
Qarabağ
28 May , 2022 10:11
Ekspert: “Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması prosesi alternativsizdir”

“Hazırda ziddiyyətli mənzərə müşahidə edirik. Bir tərəfdən, Ermənistan rəhbərliyi Azərbaycan ilə dövlət sərhəddinin delimitasiya prosesinə başlamağa hazır olduqlarını bəyan edir, digər tərəfdən, siyasi turbulentlik, yəni ölkə müxalifətinin revanş cəhdləri Baş nazir Nikol Paşinyanın üzərinə müəyyən məhdudiyyətlər qoyur”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko deyib.

Onun sözərinə görə, Paşinyan eyni anda 3 tərəfin – ABŞ, Rusiya və Avropanın oturacağında əyləşməyə çalışır: “Buna görə də Nikol Paşinyanı birgə səylərlə düzgün istiqamətə yönəltmək lazım gələcək. Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması şərtilə sülh müqaviləsinin imzalanması prosesi alternativsiz olduğundan onların düzgün qərarlar qəbul etməsinə imkan yaratmaq və stimullaşdırmaq lazımdır”.

Rusiyalı ekspertin fikrincə, Azərbaycan və Rusiyanın birgə səyləri nəticəsində Ermənistan konstruktiv yol tuta, üçtərəfli bəyanatın və yüksək səviyyəli digər sazişlərin müddəalarını yerinə yetirməyə başlaya bilər.

Son xəbərlər

Orphus sistemi