Ekspert: “Ermənistanın Azərbaycan ilə İran arasında münasibətləri pozmaq cəhdləri uğursuz oldu”

Ekspert: “Ermənistanın Azərbaycan ilə İran arasında münasibətləri pozmaq cəhdləri uğursuz oldu” "Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü Ermənistanın Azərbaycan ilə İran arasında münasibətləri pozmaq cəhdlərinin uğursuzluğa düçar olmasından xəbər verir".
Qarabağ
29 Noyabr , 2021 15:03
Ekspert: “Ermənistanın Azərbaycan ilə İran arasında münasibətləri pozmaq cəhdləri uğursuz oldu”

"Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü Ermənistanın Azərbaycan ilə İran arasında münasibətləri pozmaq cəhdlərinin uğursuzluğa düçar olmasından xəbər verir".

Bunu “Report”a Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

“Ermənistanın mənfur motivləri səbəbindən iki ölkə arasındakı anlaşılmazlıq danışıqlar və dialoq vasitəsilə öz həllini tapdı”, - o deyib.

Ekspert qeyd edib ki, bu görüş tərəflərin qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafına müsbət yanaşdıqlarını əks etdirir.

CGSS sədri Zəngəzur dəhlizinin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi işində potensiala malik olduğunu vurğulayıb: “İran və Azərbaycan prezidentlərinin son görüşünün anlaşılmazlığa son qoyduğunu nəzərə alsaq, Azərbaycan və İranın mümkün birgə istifadəsi ikitərəfli münasibətlərə yeni təkan verə və onları əməkdaşlığın və qarşılıqlı anlaşmanın yeni mərhələsinə çıxara bilər. Zəngəzur dəhlizi reallıqdır. Bu yeni infrastrukturun inkişaf etdirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün vacib əhəmiyyət kəsb edəcək”.

Onun sözlərinə görə, illik 2 milyard kubmetr həcmində svop qazının tədarükü haqqında razılaşma Azərbaycan və İran arasında əməkdaşlığı daha da möhkəmləndirəcək: “Hesab edirəm ki, bu sövdələşmə Azərbaycan, İran və Türkmənistan arasında üçtərəfli münasibətləri yaxşılaşdıracaq. Bundan başqa, bu, regional iqtisadi sabitlik üzrə gələcək plan və proqramlar üçün yol aça bilər. Bu cür imkanlar vacib hadisələrə səbəb olur, çünki hər bir ölkə arzu etdiyi iqtisadi məqsədlərə çatmaq istəyir”.

Xalid Teymur Əkrəm bildirib ki, bu razılaşma üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacib mərhələdir.

Son xəbərlər

Orphus sistemi