Ekspert: “Gürcüstan Azərbaycan-Ermənistan müharibəsinə cəlb oluna bilər”

Ekspert: “Gürcüstan Azərbaycan-Ermənistan müharibəsinə cəlb oluna bilər” “Azərbaycan və Ermənistan arasında qarşıdurma bir neçə gün ərzində başa çatmasa və genişmiqyaslı müharibəyə çevrilsə, bu o deməkdir ki, bu münaqişəyə bütün bölgə, o cümlədən Gürcüstan da cəlb olunacaq”.
Qarabağ
27 Sentyabr , 2020 17:35
Ekspert: “Gürcüstan Azərbaycan-Ermənistan müharibəsinə cəlb oluna bilər”
Mamuka Areşidze

“Azərbaycan və Ermənistan arasında qarşıdurma bir neçə gün ərzində başa çatmasa və genişmiqyaslı müharibəyə çevrilsə, bu o deməkdir ki, bu münaqişəyə bütün bölgə, o cümlədən Gürcüstan da cəlb olunacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze yerli “Palitranews” telekanalına müsahibəsində deyib.

O, bölgənin həm humanitar, həm də iqtisadi planda fəlakətlə üzləşdiyini bildirib: “Hazırkı vəziyyəti çox mürəkkəb kimi qiymətləndirərdim. Hesab edirəm ki, kəskinləşmə və müharibə mərhələsinə keçid iri oyunçuların təşəbbüsü ilə baş verir”. 

Son xəbərlər

Orphus sistemi