Yevgeni Mixaylov: "Qarabağa dair üçtərəfli bəyanat fakt kimi qəbul olundu"

Yevgeni Mixaylov: "Qarabağa dair üçtərəfli bəyanat fakt kimi qəbul olundu" “Bakı ilə Yerevan arasında Moskvanın vasitəçiliyi ilə imzalanmış, əslində Ermənistanın təslim olaraq işğal etdiyi torpaqları qaytarmağı nəzərdə tutan atəşkəs razılaşmasının dünya birliyi tərəfindən fakt olaraq qəbul edildiyi göz qabağındadır”.
Qarabağ
7 Dekabr , 2020 15:11
Yevgeni Mixaylov: Qarabağa dair üçtərəfli bəyanat fakt kimi qəbul olundu
Yevgeni Mixaylov

“Bakı ilə Yerevan arasında Moskvanın vasitəçiliyi ilə imzalanmış, əslində Ermənistanın təslim olaraq işğal etdiyi torpaqları qaytarmağı nəzərdə tutan atəşkəs razılaşmasının dünya birliyi tərəfindən fakt olaraq qəbul edildiyi göz qabağındadır”.

Bu fikirləri “Report”a bildirən rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının nəticələrini, o cümlədən iclas çərçivəsində ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin bəyanatını şərh edib.

“Bu, yeni, təkzibedilməz gerçəkikdir. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən elə bir tənqidi fikirlər də eşitmədik. Sözsüz ki, Qarabağ məsələsi ətrafında müxtəlif siyasi oyunlar olacaq, bunlar var, lakin xırda bəyanatlardan o yana getmir. Qarabağ Azərbaycandır və bütün ölkələr də regiondakı yeni siyasi doktrinalarını məhz Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmasını nəzərə almaq şərtilə qurmalıdır”, - ekspert vurğulayıb.

Rusiyalı politoloqun fikrincə, Qafqazda böyük müharibənin baş verməsi heç kimə sərf etmir: “Rusiya, Türkiyə, Azərbaycan tərəfindən göstərilən səylər sayəsində bunun qarşısı alındı. Artıq Cənubi Qafqazda yeni güc mərkəzi yaranıb. Avropa ilə ABŞ bununla hesablaşmalı olacaq”.

Son xəbərlər

Orphus sistemi