"Ermənistan – Azərbaycan sərhədində törədilən təxribatlar regiondakı sabitliyi pozmaq məqsədi daşıyır".
Bunu “Report”un Rusiya bürosuna Q.Plexanov adına Rusiya İqtisad Universitetinin professoru, ekspert Aleksandr Perenciyev bildirib.
“Ermənistan Rusiya sülhməramlılarını Azərbaycan hərbçilərilə qarşı-qarşıya gətirməyə çalışır. Bu təxribat açıq-aşkar Rusiya sülhməramlılarına qarşı yönəlib” – deyən ekspert xatırladıb ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədir: “Fikrimcə, bu məsələ ətraflı araşdırılmalıdır. Təxribatların qarşısını almaq üçün tədbir görülməlidir”.
Rusiyalı ekspert bildirib ki, Kreml də Azərbaycan – Ermənistan sərhədində mövcud vəziyyətə müvafiq şəkildə reaksiya verərək belə halların bir daha baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir: “Əminəm ki, bu cür hallar Qarabağdakı vəziyyətin sabitləşdirilməsini, dinc yolla həllini dayandırmayacaq”.