Əl-Tüveycri: “Beynəlxalq təşkilatlar azad edilmiş ərazilərin bərpasına töhfə verməlidir”

Əl-Tüveycri: “Beynəlxalq təşkilatlar azad edilmiş ərazilərin bərpasına töhfə verməlidir” “Beynəlxalq təşkilatlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına töhfə verməlidir”.
Qarabağ
10 Mart , 2023 12:36
Əl-Tüveycri: “Beynəlxalq təşkilatlar azad edilmiş ərazilərin bərpasına töhfə verməlidir”

“Beynəlxalq təşkilatlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına töhfə verməlidir”.

Bunu “Report”a açıqlamasında İSESCO-nun keçmiş Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

“Şuşada və Qarabağın bir çox yerlərində olmuşam. Daha əvvəl Ermənistan işğalı zamanı mədəni irsin dağıdılmasının miqyası barədə çox eşitmişdim. Bu cinayətdir. Bu ərazilərə səfər edərək bütün bu dağıntıları gözlərimlə gördüm. Başa düşə bilmirəm ki, beynəlxalq ictimaiyyət niyə buna mane olmaq üçün heç nə etməyib”, - o bildirib.

Onun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti belə cinayətlərə çox seçici yanaşır: “Bəzilərini dərhal görür, amma uzun illər ərzində bəzilərinin heç fərqinə varmır”.

Əl-Tüveycri vurğulayıb ki, UNESCO, UNDP, UNICEF kimi beynəlxalq təşkilatlar Azərbaycana kömək etməlidir: “Azərbaycan hər zaman bu təşkilatlara yardım göstərib. O, bu təşkilatların fəal üzvüdür. İndi borcumuzu qaytarmağın və bu ölkənin azad edilmiş ərazilərinin bərpasına kömək etməyin vaxtı yetişib”.

Son xəbərlər

Orphus sistemi