“44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndiririk. Ötən il noyabrın 9-da və bu il yanvarın 11-də bəyanatlar çərçivəsində götürdüyümüz öhdəlikləri yerinə yetirməyə tam sadiqik”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı deyib.
Ə.Əsədov onu qəbul etdiyinə görə M.Mişustinə təşəkkürünü bildirib və onu Azərbaycana rəsmi səfərə dəvət edib: "Fürsətdən istifadə edib sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Əminəm ki, səfəriniz Rusiya-Azərbaycan münasibətlərinin güclənməsinə böyük töhfə verəcək”.