Emin Hüseynov: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır"

Emin Hüseynov: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır" "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.
Qarabağ
26 İyul , 2023 19:46
Emin Hüseynov: Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır

"Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.

"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O xatırladıb ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir.

E.Hüseynov qeyd edib: “Müxtəlif səviyyələrdə Azərbaycan Respublikası tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil".

Son xəbərlər

Orphus sistemi