Emir Sulyagic: “Bosniya və Herseqovina minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

Emir Sulyagic: “Bosniya və Herseqovina minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır” “Azərbaycan ilə Bosniya və Herseqovina arasında minatəmizləmə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”.
Qarabağ
20 İyun , 2022 16:53
Emir Sulyagic: “Bosniya və Herseqovina minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

“Azərbaycanla Bosniya və Herseqovina arasında minatəmizləmə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”.

Bu barədə “Report”a Bosniya və Herseqovinanın keçmiş müdafiə nazirinin müavini Emir Sulyagic deyib.

O bildirib ki, minatəmizləmə prosesi çox vaxt aparacaq: “Çünki bu minaları basdıranlar bunun çox vaxt aparması üçün əllərindən gələni ediblər”.

E.Sulyagicin sözlərinə görə, Bosniya və Herseqovinanın Silahlı Qüvvələri bu sahədə ən yaxşı minatəmizləmə bölmələrindən birinə və təcrübəyə malikdir: “Bu təcrübəni Azərbaycanın müvafiq qurumları ilə bölüşməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi