"Çayların çirkləndirilməsi bütün bölgə, regional inteqrasiya ilə bağlı məsələdir".
Bu barədə “Report”a Avropada perspektiv analiz və təhlükəsizlik institutunun prezidenti Emmanuel Düpuy Oxçuçayın Ermənistan ərazisində sənaye tullantıları ilə çirkləndirilməsini şərh edərkən bildirib.
“Zəngilan rayonu İranla sərhəddə yerləşir, bu səbəbdən bu məsələ təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil, bu, regional məsələdir”, - E.Düpuy qeyd edib.
Onun sözlərinə görə, oxşar problem Mərkəzi Asiya ölkələrinə də xasdır.
“Çirklənmə məsələsi həm də Ermənistan iqtisadiyyatının kifayət qədər modernləşdirilməməsi ilə bağlıdır. Onlar ətraf mühiti çirkləndirən bir sıra materiallardan istifadə edirlər. Bu səbəbdən, bu həm də sənayenin modernləşdirilməsi məsələsidir”, - o deyib.
Onun sahilində yerləşən sənaye obyektlərinin kollektoru qismində istifadə edilib.Transsərhəd çay olan Oxçuçay hər zaman Ermənistan ərazisində səyane suları ilə çirkləndirilib. Belə ki, bu çaydan
Ermənistanda fəaliyyət göstərən mis-molibden zavodunun və mis-filiz təmizləyici kombinatın tullantılarının suya axıdılması nəticəsində ətraf mühitə böyük həcmdə ağır metal duzları atılır.
Bu ilin yanvar-mart aylarında bu çaydan götürülmüş su nümunələri üzərində aparılmış laboratoriya analizinə görə, çayda ağır metal tərkibinin çox olduğu aşkarlanıb. Bundan başqa, Oxçuçay hövzəsində farel balıqlarının və (Qırmızı Kitaba düşmüş) digər balıq növlərinin kütləvi məhv olması qeydə alınıb.
Oxçuçayın çirklənməsi faunanın məhv olması ilə yanaşı həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdən tutmuş orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına görə, bu çayda mis-molibdenin miqdarı normadan 2, dəmirin 4, nikelin isə 2 dəfə artıqdır. Çayın suyunun rənginin ağ və tünd sarı rəng alması bununla izah edilir.
Çayın suyundan götürülmüş nümunələrin və çöküntülərin son təhlili Nazirliyin sifarişi ilə Almaniyada yerləşən, beynəlxalq akkreditasiyadan keçmiş və sertifikatlaşmış SGS laboratoriyasında aparılıb. Hesabatlar göstərir ki, çayın çirklənmə səviyyəsi kritik həddə çatıb.