Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır” “Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
Qarabağ
22 Yanvar , 2021 14:44
Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”
Levon Şirinyan

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

“Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib.

“Onlar bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, - politoloq vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də N.Paşinyan parlamentin hökumət saatında Şuşanın erməni şəhəri olmadığını söyləyib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.

Son xəbərlər

Orphus sistemi