Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.
Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisinə kafeyə düşüb. Nəticədə kafe və bir neçə avtomobilə ziyan dəyib.
Hazırda döyüşlər davam edir.