Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri artilleriya atəşinə tutub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri şəhərin mərkəzi küçələrinə düşüb. Nəticədə ətrafda olan evlərə, mağazalara, elektrik naqillərinə külli miqdarda ziyan dəyib.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Foto: Elçin Murad