Ermənilərin Tərtərə raket hücumu nəticəsində dağılan pambıq zavodunun fəaliyyəti bərpa olunub

Ermənilərin Tərtərə raket hücumu nəticəsində dağılan pambıq zavodunun fəaliyyəti bərpa olunub Tərtərdə Vətən müharibəsi zamanı ciddi ziyan görən pambıq emalı zavodu yenidən bərpa edilib.
Qarabağ
3 Noyabr , 2021 15:13
Ermənilərin Tərtərə raket hücumu nəticəsində dağılan pambıq zavodunun fəaliyyəti bərpa olunub

Tərtərdə Vətən müharibəsi zamanı ciddi ziyan görən pambıq emalı zavodu yenidən bərpa edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Azadqaraqoyunlu kəndində yerləşən pambıq zavodu hazırda tam gücü ilə fəaliyyət göstərir.

Dövlət başçısının tapşırığına uyğun olaraq müharibənin vurduğu ziyanın aradan qaldırılması prosesi çərçivəsində pambıq zavoduna dəyən ziyan tam olaraq aradan qaldırılıb.

"MKT İstehsalat Kommersiya" MMC-nin Tərtər filialının direktor müavini Elmir Mustafazadə “Report”a açıqlamasında bildirib ki, zavod ölkə başçısının tapşırığına əsasən dövlətin dəstəyilə qısa müddətdə bərpa edilib və yenidən istifadəyə verilib: "Artıq toplanan məhsulların emal edilməsi üçün zavodda heç bir çatışmazlıq yoxdur".

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı - oktyabrın 19-da zavod ərazisinə çoxlu sayda mərmi düşüb və bununla da zavodda böyük yanğın olub: "Raket zərbələri nəticəsində zavod ərazisində emal edilən mahlıc kiplərinin toplandığı anbar, 5 rayonun kənd təsərrüfatı texnikaları üçün nəzərdə tutulan ehtiyat hissələri anbarı, inzibati bina və laboratoriya binası tamamilə dağıdılmışdı. Müharibə başa çatdıqdan sonra buradakı anbarlar və həmçinin zərər dəyən obyektlərdə, sexlərimizdə, laboratoriyanın olduğu bina və digər dağıdılan obyektlər bərpa olundu. Zavod hazırda pambıq mövsümündə tam gücü ilə işləyir.”

Xatırladaq ki, Vətən müharibəsi zamanı Tərtər rayon ərazisində ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti isə tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib. Ölkə başçısının tapşırığına əsasən ziyan dəyən ev və obyektlərin bərpası işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi