Dağlıq Qarabağdakı müharibə dövründə Ermənistan baş naziri Nikol Paşinyana 4 750 hərbçinin həlak olması məruzə edilmişdi.
“Report” xəbər verir ki, bu barədə ölkənin Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan “Facebook” səhifəsində paylaşım edib. Bunlardan 2 250 nəfərin morqlarda olduğu, 1 100 nəfərin isə itkin düşdüyü qeyd olunub.
“İlk günlərdən həqiqi ölümləri gizlətmək üçün rüsvayçı və kədərli proses başlandı”, – keçmiş diplomat deyib. O, bunu baş nazir Nikol Paşinyan və həyat yoldaşının şəxsi təşəbbüsü ilə etdiklərini diqqətə çatdırıb:
“Bunlar XXI əsrin Ermənistanında, nəyisə gizlətməyin mümkün olmadığını zənn etdiyimiz ölkədə baş verir. Sən demə, ölmüş uşaqlarımızın meyitlərini saatlarla soyuducularda gizlədə bilirlər. Nə var-nə var Nikol və Anna gündəlik orta hesabla 30 nəfərədək ölümü açıqlamağa icazə veriblər”.
Qeyd edək ki, mövcud rəsmi məlumata görə, Ermənistan tərəfindən döyüşlərdə 2 317 nəfər həlak olub.