Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsindəki Ermənistan ordusunun hərbçisi Parqev Markaryanın üstündəki qumbara ilə özünü partladaraq öldürdüyü ehtimal olunur.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun meyiti dislokasiya yerindən 1,5 km aralıda sağ biləyi qopmuş, döş və qarın boşluğu yaralanmış halda tapılıb.
İstintaqın versiyasına görə, o, bütün xəsarətləri qumbaranın partlaması nəticəsində alıb.
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsindəki Ermənistan ordusunun qeyri-müəyyən şəraitdə itkin düşən hərbçisinin meyiti tapılıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, 1998-ci ildə anadan olmuş Parqev Markaryanın meyiti qulluq etdiyi hərbi hissədən 2,5 km aralıda tapılıb.