Fahrettin Altun: “Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb”

Fahrettin Altun: “Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb” Ermənilərin həm insanlara, həm də mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi qətliamlar qəbuledilməzdir
Qarabağ
11 Aprel , 2021 16:33
Fahrettin Altun: “Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb”
Fahrettin Altun
0 : 00
0 : 00

“Ermənilərin həm insanlara, həm də mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi qətliamlar qəbuledilməzdir”.

“Report”un Qərb mərkəzinin məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun bildirib.

“Bura nəzər saldıqda mülki şəxslərin yaşadığı ərazini görürsünüz. Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biridir. İnsanlar gecə vaxtı, yatan zaman raket atəşi nəticəsində qətlə yetiriliblər. Bu qəbuledilməzdir. Gəncədə 20-dən çox şəxs şəhid olub. Xocalıda Ermənistan nə edibsə, burada da onu etməyə çalışıb. Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb. Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın yanında olmaqda davam edəcəyik”-deyə, diplomat əlavə edib.

Son xəbərlər

Orphus sistemi