“Qarabağ zəfəri Azərbaycan, Türkiyə və bölgə üçün dönüş nöqtəsidir. ATƏT-in Minsk qrupunun və digər ölkələrin görməli olduğu işi Azərbaycan həyata keçirdi və torpaqlarını işğaldan azad etdi”.
Bunu “Report”a açıqlamasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan media sahədində güclərini birləşdirərək Azərbaycan həqiqətlərini dünyaya çatdırdı: “Biz müharədə olduğu kimi mediada da qələbə əldə etdik”.