Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam”

Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam” O, bu barədə tvitter səhifəsində yazıb
Qarabağ
29 Oktyabr , 2020 14:53
Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam”
Zaxari Qross
0 : 00
0 : 00

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Bərdənin raket atəşinə tutulması zamanı mülki əhali arasında itkilərin olmasına görə çox kədərləndiyini söyləyib.

“Report” xəbər verir ki, o, bu barədə tvitter səhifəsində yazıb.

“Bərdədə insanların həlak olmasına görə çox məyusam”, - səfir qeyd edib.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi