Fransanın xarici işlər naziri Jan-İv Le Drianla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Tərəflər Ermənistanla Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə edib, Qarabağa dair məsələlərdən danışıblar.