Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.
Bu barədə “Report” Fransa XİN-nin bəyanatına istinadən xəbər verir.
“Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladıb. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır”-deyə, bəyanatda qeyd olunub.