Fransalı tarixçi: “Makronun Qarabağa dair bəyanatları kökündən səhvdir"

Fransalı tarixçi: “Makronun Qarabağa dair bəyanatları kökündən səhvdir" "Ermənistan baş naziri Nikol Paşinyanın dediklərindən və etdiklərindən sonra onunla hər hansı danışıq ola bilməz".
Qarabağ
2 Oktyabr , 2020 13:05
Fransalı tarixçi: “Makronun Qarabağa dair bəyanatları kökündən səhvdir
Maksim Qauin

"Fransa Prezidenti Emanuel Makronun Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatları ən yaxşı halda vəziyyətin qiymətləndirilməsində yol verdiyi köklü səhvdir".

Bu barədə “Report” fransalı tarixçi, politoloq Maksim Qauin (Maxime Gauin) bildirib.

"Bəli, Türkiyəyə görə belə bir bəyanat verdi. Bununla da Liviyaya, Şərqi Aralıq dənizindəki hadisələrə dair mövqeyindən sonra daha bir səhvə yol verdi. Amma bütün bunları Azərbaycanın ərazi bütövlüyünü inkar etməklə qarışıq salmaq olmaz. Cənab Makron bu münaqişənin danışıqlar vasitəsilə həll ediləcəyi barədə bir çox ölkələr, o cümlədən Minsk qrupunun bütün üzv dövlətləri tərəfindən ta 1992-ci ildən təkrarlanan sözləri bir daha təkrarladı", - o deyib.

Ekspert həmçinin əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın dediklərindən və etdiklərindən sonra onunla hər hansı danışıq ola bilməz".

Son xəbərlər

Orphus sistemi