"Füzuli rayonunda yerləşən “Köndələnçay-1 su anbarı”na ümumilikdə 1 500 balıq körpəsi buraxılacaq".
"Report"un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bunun 1000-ni çəki, 500-ü isə ağamur balıq körpələridir: "Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".