Gəncədə Vətən müharibəsi zamanı ermənilərin şəhərdə törətdiyi terror hadisəsi zaman şəhid olanların xatirəsi anılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, anım mərasimində Milli Məclisin üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti, həmçinin İslam, xristian və yəhudi din xadimləri iştirak ediblər.
Mərasim zamanı dağıntılar olan yerə gül dəstələri qoyulub, şəhid olanların ruhlarına ehtiram əlaməti olaraq dualar oxunub.
15:01
Gəncədə erməni terroru zamanı şəhid olanların xatirəsi anılır.
“Report” xəbər verir ki, anım mərasimində siyasətçilər, şəhər ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edir.