Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib.
Gənclərə Şuşanın işğalı zamanı Molla Pənah Vaqifin muzey-məqbərəsinin vandallar tərəfindən necə dağıdıldığı, Azərbaycanın mədəniyyət paytaxtının işğaldan sonra məqbərədə aparılmış təmir-bərpa və yenidənqurma işləri barədə məlumatlar verilib.
Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.