Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında olub

Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında olub Azad olunmuş Qarabağ bölgəsinə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, bloqçuların bir qrupu Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub.
Qarabağ
15 Aprel , 2022 17:51
Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında olub

Azad olunmuş Qarabağ bölgəsinə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, bloqçular Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

“Report” xəbər verir ki, qonaqlara cəmi 8 ay ərzində ən yüksək beynəlxalq standartlar səviyyəsində inşa olunmuş hava limanının fəaliyyəti barədə məlumat verilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib. 

Uzunluğu 3000 m, eni 60 m olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayana bilir. Hava limanı İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqlarla təchiz olunub.

Son xəbərlər

Orphus sistemi