Gürcüstanın din xadimlərinin Şuşaya səfəri başa çatıb

Gürcüstanın din xadimlərinin Şuşaya səfəri başa çatıb Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.
Qarabağ
22 May , 2022 13:01
Gürcüstanın din xadimlərinin Şuşaya səfəri başa çatıb

Gürcüstanın din xadimlərinin Şuşaya səfəri başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, qonaqların Şuşaya səfərinin sonuncu dayanacağı Cıdır düzü olub. Cıdır düzündə dindarlar öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhuna dualar oxuyublar, sonra, şükür namazı qılıblar.

Qeyd edək ki, Gürcüstan Azərbaycanı Müsəlmanları idarəsinin möminləri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

11:45

Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü həyata keçirilən səfərdə məqsəd qonaqlara azad edilən torpaqlarda ermənilərin vandallıq aktlarını əyani şəkildə soydaşlarımıza göstərməkdir.

Səfər zamanı qonaqlara Şuşa Dövlət Qoruq İdarəsinin əməkdaşı şəhər barədə ətraflı məlumat verib. Bildirilib ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Qonaqlar Natəvan bulağında olub, şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

Nümayəndə heyəti habelə Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaq.

Son xəbərlər

Orphus sistemi