Gürcüstanlı səyyah Qarabağ səfərinin təəssüratlarını bölüşüb

Gürcüstanlı səyyah Qarabağ səfərinin təəssüratlarını bölüşüb Gürcüstanlı səyyah Validə Xəlilova Qarabağ səfərinin xoş təəsüratlarını bölüşüb.
Qarabağ
18 Oktyabr , 2024 16:23
Gürcüstanlı səyyah Qarabağ səfərinin təəssüratlarını bölüşüb

Gürcüstanlı səyyah Validə Xəlilova Qarabağ səfərinin təəssüratlarını bölüşüb.

“Report”un müxbirinə danışan V.Xəlilova qeyd edib ki, Qarabağa gəldiyi üçün özünü çox şanslı hiss edir:

“Bu gözəl yerləri görməyə çox şadam. Çünki harada yaşamağımızdan asılı olmayaraq hamımız azərbaycanlıyıq. Bizdən asılı olmayan səbəblərdən baş verən müharibələr hər birimizi sarsıdır. Amma bu günkü günümüzə şükürlər edirəm. Haqqın hər zaman qələbə çaldığına bir daha şahid olduq”.

O, Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalmasından eləcə də Qarabağda gördüyü dağıntılardan necə təsirləndirdiyini ifadə edib:

“Mən məsciddə saxlanan donuzları görəndə göz yaşlarımı saxlaya bilmədim. Qarabağda şəhid olan məsum insanların, körpələrin olması məni çox təsirləndirir. Şəhidlərimizin sayəsində bu gün burada rahat gəzə bilirik”.

V. Xəlilova şəhid ata və analarına eləcə də övladlarına səbr, şəhidlərə isə rəhmət diləyib.

Son xəbərlər

Orphus sistemi