Gürcüstandan gələn turistlərdən ibarət üçüncü nümayəndə heyəti işğaldan azad edilmiş Xankəndi şəhərində gəzintiyə çıxıb.
“Report” xəbər verir ki, səyyahlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.
Onlar erməni işğalının nəticələrini öz gözləri ilə görüblər.
Turistlər, həmçinin stadion, Qarabağ Universiteti, eləcə də tarixi və mədəniyyət abidələrini ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyyah gəlib. Səfərin məqsədi regionda həyata keçirilən tikinti-bərpa işləri ilə tanış olmaqdır.
Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Foto: Ehtiram Cəbiyev