“Ermənistan özünü həmişə dünyaya sivil ölkə kimi təqdim edirdi. Azərbaycanın işğaldan azad edilən ərazilərində ermənilərin törətdikləri dağıntılar, vəhşiliklər onların əsl mahiyyətinin nə olduğunun sübutudur. Bu, bir vəhşikdir”.
“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.
“Prezident İlham Əliyev Xudafərin körpüsünə səfəri zamanı Azərbaycan-İran dövlət sərhəddini dostluq sərhəddi adlandırıb. Biz buradan Zəngilana səfər edəcəyik. Bütövlükdə məqsədimiz səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin işğal zamanı Ermənistan tərəfindən törədilən vəhşilikləri gözləri ilə görmələri üçün fürsət yaratmaqdır”, - o bildirib.