Hikmət Hacıyev: "Erməni separatçılarının lideri ağır yaralanıb"

Hikmət Hacıyev: "Erməni separatçılarının lideri ağır yaralanıb" “Dağlıq Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutunyan ağır yaralanıb”.
Qarabağ
4 Oktyabr , 2020 13:56
Hikmət Hacıyev: Erməni separatçılarının lideri ağır yaralanıb
Hikmət Hacıyev
0 : 00
0 : 00

“Ordumuzun dəqiq zərbəsi nəticəsində Dağlıq Qarabağdakı erməni separatçılarının "rəhbəri" Araik Arutunyan ağır yaralanıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Araik Aratyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan silahlı qüvvələri sən bunkerdə də tapdılar. Dəqiq endirilmiş zərbə nəticəsində Araik Arutunyan ağır şəkildə yaralıdır. Gəncəyə görə, Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətin cəzasını aldın. Sənin kimi digər hərbi cinayətkarlar da, müharibə cinayətkarları da öz layiqli cəzalarını alacaqlar”, - H.Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi