“Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan xalqının irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.
“Report”un məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
“Ermənistan İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir”, - deyə H.Hacıyev bildirib.
Armenia even doesn't have moral rights to put any claims agst after committing inconceivable vandalism/urbucide/ecocide in seized lands against heritage and property of people. Armenia like occupying powers of WWII must apologize to Azerbaijani people/assume responsibility. pic.twitter.com/HmNgkl90AS