Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi".