Hulusi Akar: "35 zabitdən ibarət heyət Azərbaycana gedib"

Hulusi Akar: "35 zabitdən ibarət heyət Azərbaycana gedib" Türkiyə Ordusunun 35 zabitdən ibarət heyəti daha əvvəl qərara alındığı kimi artıq Azərbaycana gedib.
Qarabağ
29 Dekabr , 2020 20:00
Hulusi Akar: 35 zabitdən ibarət heyət Azərbaycana gedib
Hulusi Akar

Türkiyə Ordusunun 35 zabitdən ibarət heyəti daha əvvəl qərara alındığı kimi artıq Azərbaycana gedib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi-siyası baxımdan ilin yekunlarına dair video formatda keçirilən müşavirə zamanı bildirib.

Qarabağda “Tək Vətən hərəkatı”ndan sonra 9 noyabr tarixində atəşkəs elan olunduqdan sonra Rusiya Müdafiə Nazirliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq, bölgədə birgə mərkəzin yaradılmasının nəzərdə tutulduğunu xatırladan nazir qeyd edib:

“Heyətimiz Azərbaycana gedib və orada hazır vəziyyətdədir. Birgə mərkəzin inşasının başa çatması və fəaliyyətə başlamasından sonra biri general olmaqla 35 zabitimiz dərhal vəzifənin icrasına başlayacaq”.

Nazir həmçinin işğaldan azad edilən ərazilərdə mina və digər partladıcı qurğuların zərərsizləşdirilməsi istiqamətində türkiyəli hərbçilərin işlərə cəlb olunduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi