Hüquqşünas: "Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmalıdır"

Hüquqşünas: "Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmalıdır" Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarda vurduğu ziyana görə təzminat ödəməsi üçün bütün beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır.
Qarabağ
14 Fevral , 2022 13:59
Hüquqşünas: Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmalıdır
Mixail Finkel

"Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarda vurduğu ziyana görə təzminat ödənməsi üçün bütün beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır".

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

“Hər hansı bir ölkəyə hücum etmiş və ya hansısa haqsızlığa yol vermiş ölkənin sonradan zərərçəkmiş tərəfə vurduğu maddi ziyana görə təzminat ödəməsi ilə bağlı çox sayda nümunə var. Təbii ki, bu məsələ beynəlxalq məhkəmələrin qətnaməsinə əsasən həll olunur, işğalçı ölkə külli miqdarda vəsait ödəməyə məhkum edilir və ödəyir”, - ekspert deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Qarabağ bölgəsini qanunsuz olaraq işğal və zəbt edərək həmin ərazidə yaşayış evləri, hər cür infrastruktur kimi maddi sərvətlərin məhv edilməsinə, maddi sərvətlərin daşınıb aparılmasına, heyvan və bitki aləminin qəsdən məhv edilməsinə görə Azərbaycana təzminat ödəməlidir.

Xatırladaq ki, dünya təcrübəsində işğal nəticəsində vurulan ziyana görə təzminatla bağlı nümunələr mövcuddur. Belə ki, bu il fevralın 9-da İraq 1990-1991-ci illərdə Küveyti işğal etdiyi zaman vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənilməsini başa çatdırıb.

Son xəbərlər

Orphus sistemi