İƏT nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb

İƏT nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir
Qarabağ
6 Aprel , 2021 12:58
İƏT nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb
0 : 00
0 : 00

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.

Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib.

Daha sonra şəhər mərkəzinə yola düşüblər.

İƏT nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib, namaz qılıb, dualar ediblər.

Son xəbərlər

Orphus sistemi