İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Qarabağ
18 Sentyabr , 2021 15:29
İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə ilk növbədə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə və Pakistanın göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti cənab Şərəf Malkoç dəvətə görə xanım Səbinə Əliyevaya öz təşəkkürünü bildirib. O, qeyd edib ki, İƏT OA nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcəkdir. Ş. Malkoç, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qani də çıxış edərək səfərlə bağlı öz təəssüratlarını bölüşüb. Vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinin dağıdıldığını, dini və mədəni abidələrinin məhv edildiyini müşahidə etdiklərini qeyd edib.

Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanılan sübutlar müzakirə edilib.

Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələləri ilə bağlı bəyanat qəbul edilib.

Son xəbərlər

Orphus sistemi