Baş katibin köməkçisi: "İƏT üzvləri bərpa prosesində Azərbaycana dəstək verəcək"

Baş katibin köməkçisi: "İƏT üzvləri bərpa prosesində Azərbaycana dəstək verəcək" “Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən böyük sayda insanlar var.”
Qarabağ
8 Aprel , 2021 11:13
Baş katibin köməkçisi: İƏT üzvləri bərpa prosesində Azərbaycana dəstək verəcək
Əhməd Kavrsa Sengendo
0 : 00
0 : 00

“Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən böyük sayda insanlar var.”

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

“Biz istəyirik ki, onların həyatları bundan sonra öz axarına qayıtsın. Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstyini nümayiş etdirməyə çağırırıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi